Aşıq Ulduz aldığı təqaüdün miqdarını açıqladı - VİDEO

13:20 14-06-2020 531

Məşhur aşıq, Əməkdar Mədəniyyət işçisi Ulduz Quliyeva aldığı təqaüdün miqdarını açıqlayıb.

HerGun.Az xəbər verir ki, sənətçi qonaq olduğu ATV telekanalında yayımlanan “Zaurla Günaydın” səhər şousunda prezident tərəfindən ona ayrılan təqaüddən söhbət açıb.

Proqramın aparıcısı Zaur Baxşəliyevin “Nə qədər təqaüd alırsınız?” sualına U.Quliyeva “Cənab Prezident mənə ömürlük təqaüd verib. Təqaüdün miqdarı isə 1450 manatdır”, - cavabını verib.

Rəşad Əliyev