İlhamə Qasımova: “Yeni ulduz” dövründə taksiyə minməyə pulumuz yox idi” - VİDEO

14:40 16-06-2020 625

ATV telekanalında yayımlanan “Şou ATV” proqramında qonaq olan “Yeni ulduz” mahnı müsabiqəsinin qalibləri İlhamə Qasımova və Vüqar Muradov maraqlı açıqlamaları ilə gündəmə gəliblər.

Müğənnilər müsabiqə dövründə maddi çətinliklər səbəbindən evə ayaqla getdiklərini bildiriblər:

“ATS-in yanında yaşayırdım, ATV-nin köhnə binası isə Badamdarda yerləşirdi. Qışda qaranlıqda ATV-dən ayaqla qəbiristanlığın içi ilə evə gedirdim. Müsabiqə gecə bitirdi. O saatlarda isə avtobus işləmirdi”, - Vüqar Muradov deyib.

“Taksiyə minməyə imkanımız yox idi. Aygünlə birgə metroya minirdim. Orada insanlar bizi tanıyırdılar. Öz aralarında pıçıltı ilə danışıb söyləyirdilər ki, bunlara bax, metroya minirlər”, - İlhamə Qasımova əlavə edib.

Rəşad Əliyev