Levandovski Bundesliqa rekordunu təkrarladı

03:00 17-06-2020 493

Almaniyanın “Bavariya” klubunun futbolçusu Robert Levandovski Bundesliqanın tarixinə düşüb.

HerGun.Az xəbər verir ki, polşalı qoleador çempionat tarixinin rekordunu təkrarlayıb.

O, çempionluğun erkən rəsmiləşdirildiyi “Verder”lə səfər oyununda vurduğu qolla komandasına 1:0 hesablı qələbə və ardıcıl 8-ci dəfə qızıl medalları qazandırıb.

Bu, polşalının cari mövsümdə 31-ci qolu olub.

Beləliklə, Levandovski Bundesliqada bir mövsümə ən çox qol vuran legioner adına şərik çıxıb. 2016/17 mövsümündə Dortmund “Borussiya”sında çıxış edən Pyer-Emerik Obameyanq da 31 qol vurmuşdu. Lakin polşalı son iki turda vuracağı qolla qabonlunu arxada qoymaq imkanına da malikdir.