İxrac məqsədilə hazırlanan xalçalar nə üçün yolun ortasına sərilir? - FOTO

08:40 17-06-2020 503

Türkiyənin Manisa şəhərində hazırlanan məşhur xalçalar maraqlı üsulla satışa hazırlanır.

Bu barədə “Haber Global” məlumat yayıb.

Belə ki, xalçalar toxunduqdan sonra yola sərilir və müəyyən müddət orada saxlanılır. Mütəxəssislər qeyd edir ki, bu yolla minik və yük avtomobilləri, eləcə də piyadalar xalçaların üzərində keçdikcə xalılar köhnələrək əntiq əşya görünüşünə sahib olur. Həmçinin, bu yolla xalçaların qalın düyümləri incəlir.

15 gündən sonra xalçalar toplanır və yuyulur. Bundan sonra ixrac üçün tam hazır hala gətirilir.

Türkiyəli satıcılar sözügedən xalçaların əsasən ABŞ və Avropa bazarına satıldığını qeyd ediblər.