Nəslinin tükənməsinin qarşısını alan tısbağa 44 ildən sonra “təqaüdə göndərildi”

02:20 18-06-2020 436

Nəhəng Qalapaqos tısbağalarının nəslinin kəsilməsinin qarşısını almaq üçün 44 ildir çoxalma proqramında iştirak edən “Dieqo” adlı suda-quruda yaşayan 100 yaşında vətəninə geri qaytarılıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

Proqram çərçivəsində Santa Kruz adasında saxlanılan “Dieqo” və digər 14 erkək tısbağa “təqaüdə göndərilib”.

Santa Kruzda 1960-cı illərdə başladılan çoxalma proqramı sayəsində 2 000-dən çox nəhəng Qalapaqos tısbağası dünyaya gəlib. “Dieqo” da 1976-cı ildə həmin proqrama cəlb edilib.

Bu tısbağanın hazırda yaşayan həmcinslərinin təxminən 40 faizinin atası olduğu ehtimal edilir.