Banka silahla basqın edən şəxs əliboş qayıtdı - VİDEO

07:20 18-06-2020 552

Rusiyanın Moskva vilayətinin Podolsk şəhərində 43 yaşlı kişi silahla banka hücum edib.

REN TV xəbər verir ki, bu barədə Moskva vilayəti üzrə DİN Baş İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, qara eynək və maskada olan kişi silahla banka daxil olaraq, orada çalışan işçidən pulların saxlanıldığı kassanın açarlarını tələb edib.

Ancaq qadın kassa açarlarının onda olmadığını bildirəndən sonra cinayətkar hadisə yerindən uzaqlaşıb.

Aparılan axtarış tədbirləri nəticəsində hücumu həyata keçirən şəxs saxlanılıb.