Ani diqqətsizlik qadının faciəvi ölümünə səbəb oldu - VİDEO

13:00 18-06-2020 443

Hindistanın Perumbavur şəhərində bankın şüşə qapısına çırpılan qadın faciəvi şəkildə həlak olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Hadisə bankın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə 46 yaşlı qadının banka daxil olaraq xəzinəyə doğru hərəkət etdiyi an anidən geriyə çevrilərək, çıxışa doğru qaçdığı əks olunub.

Qadın çıxışdakı şüşə qapıya çırpılıb. Şüşə qırıntıları qadının qarnını kəsib və qısa müddət sonra o, huşunu itirib.

Xəsarət alan şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda keçinib.