İlham Əliyev və Vladimir Putin arasında telefon danışığı olub

14:20 18-06-2020 359

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

HerGun.Az Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

Eyni zamanda, koronavirus pandemiyası ətrafında vəziyyətə və infeksiya ilə mübarizədə görülən tədbirlərə toxunulub.