İqlim fəlakətinin qarşısını almaq üçün son şans

01:40 19-06-2020 365

Beynəlxalq Enerji Agentliyinin (IEA) direktoru Fatih Birol bəşəriyyətin iqlim fəlakətindən çəkinməsini və istixana qazı emissiyalarının əvvəlki səviyyəsinə qayıtmasının qarşısını almalı olduğu vaxtı açıqlayıb.

Mütəxəssisin fikrincə, son şans altı aydan sonra əldən çıxacaq.

Bu barədə “The Guardian” məlumat yayıb.

IEA-nın məlumatına görə, yaxın bir neçə ay ərzində dünyanın müxtəlif ölkələrində hakimiyyət koronavirus pandemiyasının yaratdığı böhrandan xilas olmaq üçün doqquz trilyon dollara qədər pul xərcləməyi planlaşdırır. Bu, yaxın üç il ərzində iqtisadiyyatın inkişafına əsasən müəyyənləşdiriləcək. Bu zaman tullantıların kəskin və daim azaldılması üçün tədbirlər görülməlidir. Əks təqdirdə, 2015-ci il Paris Sazişinin hədəfləri əlçatmaz olacaq.

Qeyd edək ki, Paris Sazişi 12 dekabr 2015-ci il tarixdə Parisdə keçirilən UNFCCC üzvlərinin (Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri haqqında Çərçivə Konvensiyası) 21-ci konfransında bütün 196 üzvü tərəfindən qəbul edilib. Bu razılaşmada bütün ölkələr qlobal istiliyin artmasının 2 dərəcədən daha az olmasını təmin etməyi öhdələrinə götürür və mövcud risklərin ciddiliyini nəzərə alaraq temperaturun 1,5 dərəcəyə qədər məhdudlaşdırılmasına çalışdığına söz verib. Bunun üçün qaz yanacaqlarının yandırılması səbəbindən karbon qazının tullantılarını ildə 7.6 faiz azaltmaq lazımdır. Ancaq bu günə qədər ciddi bir tədbir görülməyib.

Karbon qazı tullantıları aprel ayında keçən ilə nisbətən orta hesabla 17 faiz azalıb, lakin o vaxtdan bəri yenidən beş faiz artıb.