EYOF-da iştirak edəcək güləşçilərimizin adları açıqlandı - FOTO

14:45 18-07-2019 553

Xəbər verdiyimiz kimi, iyulun 21-də Bakıda start götürəcək Avropa Gəncləri Yay Olimpiya Festivalının (EYOF) proqramında güləş də yer alıb.

HerGun.Az xəbər verir ki, EYOF çərçivəsində güləşin üç növü üzrə yeniyetmələrdən ibarət yığmalarımız mübarizə aparacaq.

Həm sərbəst, həm yunan-Roma, həm də qadın güləşi üzrə yarışlar altı çəki üzrə keçiriləcək.

Bu gün Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev EYOF-da iştirak edəcək komandalarla görüşüb, onlardan uğurlu nəticə gözlədiyini dilə gətirib və hər hansı problemlərinin olub-olmaması ilə maraqlanıb. Sonda onlara uğurlar arzulayan qurumun rəhbəri heyəti açıqlayıb.

Heyətimiz belədir:

Sərbəst güləş: Murad Haqverdiyev (45 kq), Mircavad Nəbiyev (48 kq), Kənan Heybətov (51 kq), Əbülfəz Nəsirov (55 kq), Sabir Cəfərov (60 kq), Cəbrayıl Hacıyev (65 kq);

Yunan-Roma güləşi: Fərid Sadıxlı (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev (51 kq), Nihat Məmmədli (55 kq), Həsrət Cəfərov (60 kq), Xasay Həsənli (65 kq);

Qız güləşi: Gültəkin Şirinova (46 kq), Lalə Mirzəyeva (49 kq), Elnurə Məmmədova (53 kq), Birgül Soltanova (57 kq), Mərziyə Sadıqova (61 kq), Nigar Mirzəzadə (65 kq).

Qeyd edək ki, EYOF-da beynəlxalq dərəcəli hakimlərimizdən İntiqam Alıyev, Sədi Quliyev və Bəşir İsazadə ədaləti qoruyacaq.

Səbuhi Musayev