Yeni “Nu poqodi”nin canavarı siqareti tərgidəcək

05:20 20-06-2020 647

“Nu poqodi” cizgi filminin yeni epizodlarında canavar siqaret çəkməyəcək.

Bu barədə “RİA Novosti” “Soyuzmultfilm” kinostudiyasının direktoru Boris Maşkovtsevə istinadən məlumat yayıb.

“Canavar siqareti ona görə atıb ki, indi onun siqaretlə obrazı başqa cür qəbul ediləcək. Əgər indi canavar siqaret çəksə, belə deyək, informasiya təhrif ediləcək. Müasir izləyiciyə məhz həmin canavarı çatdıra bilmək üçün bizə hansısa başqa simvollardan istifadə etmək lazımdır”, - B. Maşkovtsev bildirib.