Səhvən 24 il həbsdə olan qardaşlara dörd milyon təzminat - FOTO

09:00 20-06-2020 349

ABŞ-da səhvən 24 il həbsdə olan qardaşlar təxminən dörd milyon dollar təzminat alacaqlar.

“Anadolu” agentliyinin xəbərinə görə, Merilend ştatının dövlət işləri üzrə komitəsi 2025-ci ilə qədər Erik Simmons və Kennet Mak Fersona hissə-hissə 1,9 milyon dollar ödəyəcək.

Qardaşlar 1995-ci ildə Şərqi Baltimorda Entoni Vudun qətlini planlaşdırdıqlarına görə ömürlük həbs cəzasına məhkum ediliblər.

“Innocence Project” qeyri-kommersiya təşkilatı sübut edib ki, mərhumun öldürüldüyü vaxt qardaşlar başqa yerdə olub və onların azadlığa çıxması üçün mübarizə aparıb.

Agentlik sübut edib ki, polis bölgədə bir qadını kirayə pulunu ödəmək müqabilində qardaşlara qarşı ifadə verməyə razı salıb. Daha əvvəl həmin qadının Qərbi Baltimorda silahlı hücum üçün oxşar təklifi qəbul etdiyi iddia olunub.

Bildirilib ki, polis 13 yaşlı bir uşağı da qardaşlara qarşı ifadə verməyə məcbur edib. Yeniyetmə məhkəmədən əvvəl və məhkəmə prosesində ifadələrini dəyişib.

Qardaşlar 2019-cu ildə azadlığa buraxılıblar.