Fransada azarkeşlər futbolu stadiondan izləyə biləcək

17:20 20-06-2020 424

Fransa hökumətinin qərarına əsasən, iyulun 11-dən etibarən azarkeşlərin futbol arenalarına buraxılmasına icazə verilcək.

Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Qərarda qeyd edilir ki, stadiona beş minə qədər azarkeşin daxil olmasına icazə veriləcək, yeni mövsümün açılışında isə bu rəqəm artırıla bilər.

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar futbol üzrə Fransa çempionatı aprelin 28-də - vaxtından əvvəl başa çatıb.

Fransa çempionatının 2019/2020-ci il mövsümünün qalibi PSJ olub.