ABŞ-da Şimal xalqlarını alçaltdığı üçün “Eskimo” dondurmasının adı dəyişdirilir

07:20 21-06-2020 354

ABŞ-ın “Dreyers” şirkəti “Eskimo Pie” dondurmasının adını dəyişmək qərarına gəlib.

Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Şirkətin sahibi Elizabella Markes bu qərarın dondurmanın adının Şimal xalqlarını “alçaltdığı” üçün qəbul edildiyini bildirib.

“İrqi bərabərlik məsələsinin həllinin bir hissəsi olmaq fikrində qərarlıyıq və bunun alçaldıcı termin olduğunu qəbul edirik”, - deyə E.Markes bildirib.