Oğuzda kütləvi dava: 16 yaşlı yeniyetmə bıçaqlandı

19:00 22-06-2020 704

Oğuz rayonunda dava zamanı 16 yaşlı yeniyetmə bıçaqlanıb.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, bu gün axşam saatlarında Oğuz şəhəri ərazisində beş nəfər arasında kütləvi dava olub.

Dava iştirakçılarından biri - Oğuz rayon sakini 2004-cü il təvəllüdlü Murad İmran oğlu Qədirli bıçaq xəsarətləri alıb.

Yaralı Oğuz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Müayinə zamanı yeniyetmənin bədəninin müxtəlif nahiyələrində deşilmiş-kəsilmiş bıçaq xəsarətləri aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.