Pakistanın keçmiş Baş naziri saxlanıldı

17:27 18-07-2019 70

Pakistanın keçmiş Baş naziri Şahid Abbasi Korrupsiya ilə mübarizə üzrə milli büronun nümayəndələri tərəfindən saxlanılıb.

“Doon” qəzeti xəbər verir ki, siyasətçi korrupsiyada ittiham edilir.

Bildirilir ki, Ş.Abbasi bu gün korrupsiya işi üzrə dindirilməsi üçün məhkəməyə getməli idi. Lakin sabiq Baş nazir məhkəməyə getmədiyinə görə Pakistanın Antikorrupsiya məhkəməsi onun saxlanmasına order verib.

Xatırladaq ki, Ş.Abbasi 2013-cü ildə dövlət satınalmaları haqqında qanunu pozaraq sıxılmış təbii qazın idxalı üzrə müqavilə imzalamaqda şübhəli bilinir. O, həmin vaxt neft və təbii ehtiyatlar naziri olub. 2017-ci ilin avqustundan 2018-ci ilin iyununadək Baş nazir vəzifəsini tutub.