Azərbaycan idmançısı Paralimpiya Oyunlarına vəsiqə qazandı

19:09 18-07-2019 635

Azərbaycanlı paralimpiyaçılar “Tokio 2020” Paralimpiya Oyunlarına ilk lisenziyasını qazanıb.

HerGun.Az-ın xəbərinə görə, parapauerliftinq üzrə Azərbaycanın paralimpiya yığma komandasının üzvü Elşən Hüseynov “Tokio 2020” XVI Yay Paralimpiya Oyunlarına lisenziyanı təmin edib.

Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən parapauerliftinq üzrə dünya çempionatında Elşən Hüseynov bu gün yarışlara qatılıb.

107 kq çəki dərəcəsində yarışan idmançımız 217 kq çəki qaldırıb.

E.Hüseynov belə bir nəticə göstərməklə dünya reytinqində 4-cü yerini möhkəmləndirib və Paralimpiya Oyunlarına lisenziyasını təmin edib.

Səbuhi Musayev