Türkiyədə sel fəlakəti: yeddi nəfər itkin düşüb

21:27 18-07-2019 701

Türkiyənin Düzce əyalətində güclü yağış və sel fəsadlara yol açıb.

NTV-nin məlumatına görə, bununla bağlı valilikdən açıqlama verilib.

Bildirilib ki, çayların daşması və sürüşmə səbəbindən bir çox kəndlərdə yollar bağlanıb, avtomobillər suyun altında qalıb.

Bölgəyə cəlb olunan xilasedicilər 69 nəfərin həyatını qurtarsa da, yeddi nəfərin itkin düşdüyü haqda məlumat var.

Hazırda itkin düşənlərin axtarışı davam edir.