Eldəniz Əzizli üçqat dünya çempionuna qarşı - FOTO

13:20 25-06-2020 420

Ümumdünya Güləş Birliyi yunan-Roma güləşi üzrə yeni onlayn yarışa start verib.

HerGun.Az xəbər verir ki, budəfəki səsvermə yarışında Azərbaycanı dünya və Avropa çempionumuz Eldəniz Əzizli təmsil edir.

Onun ilk rəqibi üçqat dünya, ikiqat Avropa çempionu, beş il əvvəl Bakıda keçirilmiş I Avropa Oyunlarının bürünc mükafatçısı, almaniyalı Frank Şteblerdir. Hazırda idmançımız “Instagram”ın “Hekayə” bölməsində keçirilən yarışda rəqibinə uduzur.

Qeyd edək ki, sərbəst güləşçilərin yarışında Hacı Əliyev ikinci, qadın güləşçilərin mübarizəsində Mariya Stadnik birinci olub.

Səbuhi Musayev