Tofiq Musayev yaponlarla əməkdaşlıqdan imtina etdi: “Pulumu vermirlər”

17:00 25-06-2020 543

MMA döyüşçüsü Tofiq Musayev Yaponiyanın “Rizin” təşkilatı ilə müqavilə bağlamaqdan imtina edib.

Bunu HerGun.Az-a açıqlamasında Tofiq Musayevin özü deyib:

“İmtinamın səbəbi ötən il Qran-Pridə qalibi olduğuma görə mənə çatacaq pulun verilməməsidir.

Altı ay keçib, hələ də pulu göndərməyiblər. Mən də müqaviləni imzalamıram.

Deyirəm ki, nə vaxt pulumu göndərərlərsə, o zaman da müqaviləyə qol çəkərəm”.

Səbuhi Musayev