BMT rəsmisi ÜST-ün REACT-19 layihəsindən danışdı

18:40 25-06-2020 615

“Sosial iqtisadi paketə bizim texniki dəstəyimiz pul və ya maliyyə yardımı deyil”. 

HerGun.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai deyib.

O bildirib ki, BMT-yə üzv olan dövlətlərə maarifləndirici məlumatlar veriləcək:

“Biz iqtisadiyyatın bərpası istiqamətində hər bir ölkənin planlarına müvafiq dəstək verəcəyik. Yardım isə tövsiyə xarakterli fikirlərdən ibarət olacaq. 

Məsələn, ÜST-ün REACT-19 layihəsini götürək. Türkiyədə çalışan azərbaycanlı həkimləri ölkəyə gətirməklə yerli tibb işçilərinə dəstək olduq. Bənzər texniki yardım iqtisadiyyat sahəsində də tətbiq edilə bilər”.

Könül Cəfərli