“MediClub” karantinə bağlanması ilə bağlı məlumatları təkzib edib - ÖZƏL

00:20 26-06-2020 389

“Bildirmək istəyirik ki, “MediClub” şəbəkəsinin bütünlüklə və ya bir filialının karantinə bağlanması ilə bağlı xəbərlər yalandır”.

HerGun.Az-a bu barədə “MediClub”dan məlumat verilib.

Məlumatda deyilir ki, klinikanın heç bir filialı karantinə bağlanmayıb:

“Təcili yardım xidməti 24/7 rejimində fəaliyyət göstərir. Hospital özü də gücləndirilmiş iş rejiminə keçib. 25 iyun tarixində 33 KT müayinəsi, bir gün öncə isə 24 KT müayinəsi həyata keçirilib. Hazırda da qəbul davam edir.

Üzeyir Hacıbəyov küçəsində yerləşən poliklinikada terapevt, pediatr, laboratoriya, travmatologiya, nevrologiya, otorinolaringologiya, cərrahiyyə və digər xidmətlər qəbulu davam etdirir”.