Azərbaycanda məşhur vəkil evində əməliyyat edildi: “Xəstəxanalarda yer yoxdur” - FOTO

14:40 26-06-2020 326

Azərbaycanın məşhur vəkillərindən biri olan Loğman Abdullayev evində cərrahiyyə əməliyyatı keçirib.

Bu barədə Gununsesi.org-a vəkilin özü bildirib.

Onun sözlərinə görə, paytaxt xəstəxanalarında yer olmadığı üçün cərrah onun evinə gəlib:

“Hər şey arxada qaldı. Xəstəxanalarda yer olmadığı üçün əməliyyatı evdə elədilər. Xəstəxana dili ilə desək, reanimasiyadan palataya verildim. Ayağımdan əməliyyat olundum”.