Astarada ilin ilk bal süzümünə başlanılıb - VİDEO

17:00 26-06-2020 396

Astara rayonunun Miki kənd sakinlərinin 90 faizi arıçılıqla məşğul olur.

Baku TV xəbər verir ki, bu il çəkilən əziyyətə baxmayaraq, arıçılıqda məhsuldarlıq bir qədər aşağı düşüb. Səbəb isə ağacların çiçəklənmə dövründə havaların yağıntılı keçməsidir. 

Astaralı fermerlər deyir ki, hava şəraiti bal süzümünü gecikdirib. Artıq iyun ayının son günləri olmasına baxmayaraq, arıçılar “may balı”nın çox olmayacağından ehtiyat edirlər. Ağac bitkilərindən toplanan balın məhsuldarlığı isə, əksinə, çox yaxşıdır.

Arıçılara məhsulu satmaqda sərgi-satış yarmarkası daha çox kömək olur, amma mövcud durumla əlaqədar ölkəmizdə bu cür yarmarkanın təşkilinin olub-olmayacağı dəqiq bilinmir. Belə olduqda, təsərrüfatçılar istehsal etdikləri məhsulu onlayn və sifarişlər əsasında satmağa çalışırlar. Astara balının bir kiloqramı minimum 20-25 manata satılır, balın növünə görə qiymət də dəyişir. 

Ötən il orta hesabla hər arı ailəsindən 18-20 kq bal götürülməklə Astarada 500 tona yaxın bal tədarük edilib.

Daha ətraflı təqdim olunan süjetdə: