Bakıda poçt əməkdaşları yanlış anlaşılmaya görə üzr istədi - VİDEO

23:00 26-06-2020 481

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və iki rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılıb və geniş müzakirələrə səbəb olub.

Daxili İşlər Nazirliyindən HerGun.Az-a verilən məlumata görə, həmin görüntülər dərhal araşdırılıb və məlum olub ki, həmin sürücü İranə Əhmədova və iki rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir:

“Araşdırma zamanı o da məlum olub ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi olmayıb. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur. Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Bu səbəbdən də onları saxlamayıblar. Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilib və profilaktik söhbət aparılıb. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirib və əməllərindən peşman olduqlarını qeyd ediblər”.