Amerika gəmisi İranın pilotsuz uçuş aparatını vurub

03:09 19-07-2019 832

ABŞ İran-a məxsus pilotsuz uçuş aparatını (PUA) vurub.

RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp açıqlama verib.

Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz qüvvələri Hörmüz boğazında İrana məxsus PUA-nı vurub.

Tramp qeyd edib ki, kəşfiyyat aparatı Amerikanın Fars körfəzində üzən gəmisindən təqribən 900 metr məsafədə olub. Onun sözlərinə görə, PUA hərbçilər üçün təhlükə yaradıb.