Buzovnada naməlum sürücü qadını vurub qaçdı

04:18 19-07-2019 105

Xəzər rayonunda avtomobil piyadanı vuraraq qaçıb.

HerGun.Az xəbər verir ki, minik avtomobili Buzovna qəsəbəsi, Zağulba şossesində 23 yaşlı Şükürova Dürdanə Müslüm qızını vuraraq ərazidən yayınıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin və çanaq sümüyünün sınığı diaqnozu qoyulub. D.Şükürovanın vəziyyəti orta-ağır qiymətləndirilir.

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirir.

Kamil Əmirli

Elşad Mətləboğlu