Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb

03:20 28-06-2020 385

Sabirabadda avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

APA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Surra kəndi ərazisində qeydə alınıb.

Rayonun Kovlar kənd sakini Ağayev Seyidnəsir Əşrəf oğlunun idarə etdiyi “VAZ 21011” markalı avtomobil yolu keçən Sabirabad rayonunun Surra kənd sakini, 1958-ci il təvəllüdlü Nağıyev Mehman Abdulla oğlunu vurub. Ağır kəllə-beyin travması ilə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən yaralı orada keçinib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsində araşdırma aparılır.