İranda qadınlara futbol stadionlarına gəlməyə icazə verildi

05:00 19-07-2019 1236

Futbil üzrə İran millisinin 2022-ci il Dünya çempionatının seçmə mərhələsində keçirəcək oyunlarını qadınlar da izləyə biləcək.

Punch xəbər verir ki, bu haqda İran Futbol Federasiyası (İFF) qərar qəbul edib.

Ancaq bu qərar İslam respublikasının rəhbərliyi tərəfindən təsdiq olunmalıdır.

Daha əvvəl FİFA bəyan edib ki, bu məsələdə artıq razılaşma əldə olunub.

1981-ci ildən İranda qadınlara futbol stadionlarına gəlmək qadağan olunmuşdur.