“Virus 5G dalğaları ilə yayılmır” - AÇIQLAMA

15:40 28-06-2020 372

Virus radiodalğalar və ya mobil şəbəkələr vasitəsi ilə yayıla bilmir.

Ümumdüya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyindən HerGun.Az-a verilən məlumata görə, COVİD-19 5G mobil şəbəkələrinə malik olmayan ölkələrdə də var.

ÜST-nin Azərbaycan nümayəndəliyi nəzərə çatdırır ki, COVİD-19 virusu infeksiyaya yoluxmuş insanın öskürməsi, asqırması və ya danışması nəticəsində xaric olunan tənəffüs damcıları vasitəsi ilə yayılır:

“Həmçinin virusla çirklənmiş səthlərə, sonra isə gözlərinizə, ağzınıza və ya burnunuza toxunduqda bu virusa yoluxa bilərsiniz”.