Pandemiyanın yayılmasından sonra Madriddə ilk dəfə bir sutka ərzində ölüm halı olmayıb

18:20 28-06-2020 371

Koronavirus pandemiyasının yayılmasından bu yana ilk dəfə Madriddə bir sutka ərzində bu virusdan ölüm halı qeydə alınmayıb.

Bu barədə “RİA Novosti” şəhər rəhbərliyinə istinadla xəbər yayıb.

Qeyd edək ki, Madirddə koronavirusdan ilk ölüm martın 3-də qeydə alınmış, 99 yaşlı qadın vəfat etmişdi.

O vaxtdan bəri İspaniya paytaxtında 72 mindən çox insan virusa yoluxmuş, 8420 nəfər isə dünyasını dəyişmişdi.