İl ərzində “102” xidmətinə 200-dən çox şikayət edən şəxs danışdı - VİDEO

21:00 28-06-2020 496

“102” xidmətinə həddindən artıq şikayət etdiyinə görə, ona zəng edən polislə səs yazısı yayılan Lerikin Günəşli kənd sakini Elxan adlı şəxs açıqlama verib.

“Space” TV-də yayımlanan “Olar olmaz” verilişinə danışan Lerik sakini nəyə görə çox şikayət etməsindən danışıb.

O bildirib ki, il ərzində “102” xidmətinə etdiyi şikayətlərin sayı 200-dən yuxarıdır. O, 57 şikayətinin təkcə Bakı üzrə olduğunu bildirib.