Ərbildə qətlə yetirilən türkiyəli diplomat Ankarada dəfn olundu

07:54 19-07-2019 1902

İraqın Ərbil şəhərindəki Türkiyənin Baş konsulluğunda xidmət edən 38 yaşlı şəhid diplomat Osman Köse Ankarada dəfn olunub.

Anadolu” xəbər verir ki, cənazə namazında və dəfində dövlət nümayəndələri və ölkə ictimaiyyətinin görkəmli şəxsləri iştirak ediblər.

Cənazə namazından sonra şəhidin nəşi Türk bayrağına sarılaraq top arabasına alınıb. O, Karşıyaka qəbirastanlığında torpağa tapşırılıb.