Sindi Kroufordun qızı pərəstişkarlarını heyran etdi – FOTO

00:00 30-06-2020 525

Amerikalı supermodel Sindi Kroufordun qızı Kaya Gerber çimərlik geyimində görünüşü ilə pərəstişkarlarını heyran edib.

Lenta.ru-nun məlumatına görə, o, fotosunu “Instagram” hesabında paylaşıb.

Paylaşım az müddət ərzində 300 mindən artıq “bəyənmə” toplayıb.

Pərəstişkarları Kayanın xarici görünüşünə heyranlıqlarını gizlətməyiblər.

Onlar fotoya “Əla bədən quruluşunuz var”, “Sən də, qucağındakı itlər də çox şirin görünür”, “Çox gözəlsiniz, ananız kimi”, “Bu ayaqların qiyməti yoxdur” kimi şərhlər yazıblar.