Sevgilisinin meyitini itlərə yedirən keçmiş futolçunun paylaşımı diqqət çəkdi - FOTO

04:00 30-06-2020 512

Sevgilisinin qətlini sifariş verib, sonradan meyitini itlərə yedirən braziliyalı keçmiş futbolçu Bruno Fernandes yeni paylaşımı ilə diqqət mərkəzinə düşüb.

Sondakika.com xəbər verir ki, o, yerli heyvan sığınacağının tanıdılması üçün pitbul cinsli itlərlə poz verib.

Onun bu paylaşımı bir çox sosial şəbəkə istifadəçilərinin kəskin reaksiyasına səbəb olub.

Qeyd edək ki, B.Fernandes 2013-cü ildə sevgilisinin ölümünə səbəb olduğuna görə 22 il müddətinə azadlıqdan məhrum edilib, 2019-cu ildə şərti azadlığa buraxılıb.