Olimpiya mükafatçısı olan idmançımız rəis təyin edildi

21:20 30-06-2020 404

Olimpiya mükafatçımız Mövlud Mirəliyevə vəzifə verilib.

HerGun.Az xəbər verir ki, Pekin Olimpiadasının mükafatçısı Dinamo İdman Cəmiyyətinin Gəncə şurasının rəisi təyin edilib.

Qeyd edək ki, cüdo üzrə Olimpiya və dünya üçüncüsü olmuş Mövlud Mirəliyevin samboda da nəticəsi olub.

Özbəkistan doğumlu Mirəliyev sambo üzrə dünya və ikiqat Avropa çempionudur. O həm də polis mayorudur.

Səbuhi Musayev