Türkiyədə qayıq batıb: Onlarla insan itkin düşüb - VİDEO

12:40 01-07-2020 433

Türkiyənin Van gölündə qanunsuz miqrantları daşıyan qayıq batıb.

Bu barədə “Evrensel” xəbər yayıb.

Məlumata görə, batan əcnəbilərdən altısının meyiti tapılıb. 

Ümumilikdə gəmidə 55-60 nəfərin olduğu ehtimal edilir. Qalan onlarla insan itkin düşmüş hesab olunur.

Qayığın suyun 110-120 metr dərinliyində olduğu ehtimal edilir. Onun dəqiq yeri aşkarlanmayıb.

Havadan və sudan axtarış xilasetmə işləri davam edir.

Qayıqdan salamat xilas olunan Mədəni Akbaş da daxil olmaqla, artıq 11 nəfər saxlanılıb.