Azərbaycanda qalmış ingilis mütəxəssis: “İlk uçuş üçün yerlər tutulmuşdu”

17:00 01-07-2020 565

“Hələlik ölkəmə uça bilmirəm”.

Bunu HerGun.Az-a ingilis mütəxəssis Filip Şarples bildirib.

Azərbaycanda stadionların qazonlarının abadlaşdırılmasında böyük xidməti olan britaniyalının sözlərinə görə, vətəninə uçan növbəti təyyarənin nə vaxt olacağını bilmir:

“İlk uçuş üçün yerlər əvvəlcədən tutulmuşdu. Ona görə də növbəti təyyarəni gözləyirəm. Hələlik bunun nə vaxt olacağı bilinmir”.

Qeyd edək ki, Azərbaycandakı işləri ilə vidalaşan Filip Şarples saytımıza ilk açıqlamasında iyunun ortalarında Böyük Britaniyaya uçacağını bildirmişdi.

Səbuhi Musayev