Bakıda əri ilə mübahisə edən qadın özünü beşinci mərtəbədən atıb

00:20 02-07-2020 325

Bakının Qaradağ rayonunda qadın özünü binadan yerə atıb.

APA xəbər verir ki, hadisə Sahil qəsəbəsində baş verib.

1991-ci il təvəllüdlü Babayeva Nuridə Əlirza qızı evdə həyat yoldaşı ilə mübahisə edib. Qadın mübahisə zamanı özünü yaşadığı binanın beşinci mərtəbəsindən yerə atıb.

O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.