Nazarbayev koronavirusdan sağaldı

15:40 02-07-2020 387

Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev koronavirusdan sağalıb.

“Gazeta.ru”nun məlumatına görə, bu barədə N.Nazarbayevin mətbuat katibi Aydos Ukibay “Twitter” hesabında yazıb.

O bildirib ki, həkim məsləhəti ilə N.Nazarbayev özünütəcrid vəziyyətində qalacaq.

Xatırladaq ki, N.Nazarbayevin koronavirusa yoluxduğu iyunun 18-də bəlli olub.