Rusiyada sərnişin təyyarəsi quş dəstəsinə çırpıldı

02:20 03-07-2020 375

Rusiyada Moskva şəhərinin Vnukovo Hava Limanından Maqasa uçan təyyarə quş dəstəsinə çırpılıb.

REN TV xəbər verir ki, “UTair” şirkətinə məxsus təyyarə hadisədən sonra normal rejimdə eniş edə bilib.

Quşlarla toqquşma təyyarənin təyin olunmuş hava limanına artıq eniş etdiyi zaman baş verib. Bundan sonra sol qanadın yarısında quşların izləri qalıb.

Hadisə baş verdiyinə görə, hava gəmisinə baxış keçirəcək aviatexnikanın gəlişinə qədər Moskvaya qayıdış reysinin təxirə salınmasına qərar verilib.