41 yaşlı qadın qəzada yaralandı
09:20 03-07-2020 319
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində xəsarət alan 1979-cu il təvəllüdlü Hacıyeva Aynurə Yusif qızı təcili yardımın köməyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.