Prezidentin köməkçisi: “İqtisadiyyata dəstəklə bağlı paketlər var”

18:00 03-07-2020 372

“Sosial ödənişlər müddətlə əlaqəli deyil”.

 HerGun.Az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının iqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib. 

O bildirib ki, bu, birdəfəlik ödəmədir:

“Sosial yardımlar birdəfəlik ödəmədir və onun müddəti yoxdur. İqtisadiyyata dəstəklə bağlı paketlər var. Bilirsiniz ki, investisiya proqramı var və onlar da bu istiqamətdə istifadə edilir”.

Könül Cəfərli