Həbib Nurməhəmmədovun atası Dağıstanda torpağa tapşırıldı

09:40 04-07-2020 389

Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə rusiyalı çempionu Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədov Dağıstanın Qızılyurt rayonunun Kirovaul kəndində dəfn edilib.

TASS xəbər verir ki, bu barədə Qızılyurt rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Rəsmi mənbənin məlumatına görə, dəfn mərasimində məşhur məşqçinin ailə üzvləri və dostları iştirak edib.

Qeyd edək ki, uzun müddətdir COVID-19-dan müalicə alan A.Nurməhəmmədov ötən gün Moskva şəhərində yerləşən xəstəxanaların birində vəfat edib.