Avtomobil yüksək sürətlə yanacaqdoldurma məntəqəsinə çırpıldı - ANBAAN VİDEO

13:00 04-07-2020 394

Rusiyanın Samara şəhərində minik maşını yüksək sürətlə yanacaqdoldurma məntəqəsinin dəmir məlumat lövhəsinə çırpılıb.

“Komsomolskaya pravda” xəbər verir ki, hadisə yanacaqdoldurma məntəqəsinin təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Görüntülərdə ətrafdakı insanların ağır qəza keçirən sürücünün köməyinə tələsdiyi əks olunub.

Sürücünün hadisə yerində keçindiyi məlum olub. Hadisənin təfərrüatı araşdırılır.