FHN “Sobsan” boya fabrikindəki yanğının görüntülərini yayımladı - YENİLƏNİB+VİDEO

23:00 04-07-2020 329

Fövqəladə Hallar Nazirliyi 7-ci mikrorayondakı “Sobsan” boya fabrikindəki yanğının söndürülməsi ilə bağlı görüntüləri yayımlayıb.

FHN-dən HerGun.Az-a verilən məlumata görə, hazırda yanğının lokallaşdırılması üçün mübarizə davam edir.

Nazirliyin bir sıra rəsmi şəxsləri hadisə yerindədir.

22:00

Binəqədi rayonundakı “Sobsan” boya fabrikində baş vermiş yanğının təfərrüatı bəlli olub.

Baku TV-nin müxbirinin əldə etdiyi ilkin məlumata görə, hadisə iri boya borularından birinin partlaması nəticəsində baş verib.

Bu zaman fabrikə məxsus avtomobil yanıb.

Bundan əlavə, fabrikin əməkdaşı Əsgər adlı şəxsin yanıq xəsarəti aldığı dəqiqləşib. Ayaqları yanan şəxsə həkimlər ilk yardım göstəriblər.

Həmçinin yanğınla mübarizə zamanı FHN əməkdaşlarından zəhərlənənlərin və həkim müdaxiləsinə ehtiyac duyanların olduğu da bildirilib.