52 yaşlı qadın gənc görünməyinin sirrini açdı - FOTO

04:40 05-07-2020 446

İki uşaq anası olan 52 yaşlı finlandiyalı Payvikki Kuppakanqas cavan və caziədar qalmağının sirrini bölüşüb.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Kuppakanqas etiraf edir ki, gənc ikən gözəl görünmək üçün xüsusi səy göstərməyib. İdmanla isə 40 yaşından sonra məşğul olmağa başlayıb:

“40-dan bir az artıq yaşım olanda qarşıma hədəf qoydum və ancaq 50 yaşımda məqsədimə çatdım: press, cazibədar bədən. Özümü həmişəkindən daha yaxşı hiss edirdim. Əgər məndə alınıbsa, sizdə də bu alınar”. 

Finlandiyalı qadın yüksək intensivli məşqlərlə (HIIT) bu nəticəyə gəldiyini vurğulayıb. Onun sözlərinə görə, bu, onun metobolizmini sürətləndirib.

Həftədə 4-6 dəfə idman zalına gedir, gündə 10 min addım atır.

O, həmçinin gənc qalmaq istəyənlərə komfort zonasından çıxaraq balanslaşdırılmış qidallanmaya keçməyi tövsiyə edib:

“Qidalanma – uğurun 80 faizidir. Gözəlliyin daha bir sirri hərəkətdədir. Özünüzə elə bir məşq seçin ki, orqanizminizə endorfin versin. Araşdırmalara görə, bu mental sağlamlığa da təsir göstərir”.

“Ancaq ailəmin və dostlarımın sevgisi, dəstəyi olmasaydı buna nail olmazdım”,   - deyə Kuppakanqas sözlərini yekunlaşdırıb.