Braziliya millisinin keçmiş baş məşqçisi koronavirusa yoluxub

11:40 05-07-2020 408

Braziliya milli futbol komandasının keçmiş baş məşqçisi Vanderley Luşemburquda koronavirus infeksiyası aşkarlanıb.  

Bu barədə məşqçi özü sosial media hesabında bildirib. 

O deyib ki, COVID-19 üçün götürülən analizin cavabı müsbət çıxdığı üçün dərhal rəhbərlik etdiyi "Palmeyras"ın məşqlərindən ayrılıb.

Xatırladaq ki, Vanderley Luşemburqu 1998 - 2000-ci illərdə Braziliya millisinin baş məşqçisi olub.