Pizza gözləyərkən milyonçu oldular

14:27 19-07-2019 999

ABŞ-ın Virciniya ştatında ər-arvad sifariş etdikləri pizzanı gözləyərkən aldıqları lotereya biletindən milyon dollar udub.

UPI xəbər verir ki, Meri Hit və Ceyms Brank pizzanın hazırlanması müddətini öyrəndikdən sonra “Blue Ridge Minute Mart” mağazasına gediblər.

Cütlük bəxtlərini sınamaq qərarına gəlib və “Double Cash Doubler” lotereya biletini alıb. Sonradan onlar oyunun nəticələrini yoxlayıb və öyrəniblər ki, artıq milyonçudurlar.

Qaliblər pul mükafatını borclarını ödəməyə və ev almağa xərcləməyi planlaşdırırlar.