Bakıda güclü yanğın başlayıb - VİDEO

17:40 05-07-2020 1006

Bakının Suraxanı rayonunda yanğın başlayıb.

Sosial şəbəkələrdə yayılmış məlumatlarda bildirilir ki, yanğın Günəşli qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin yaxınlığındadır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğın və onun fəsadları ilə bağlı dəqiq məlumat verilmir.